Daha üç maşında güc qurğusunun elementləri dəyişdirilib

Monakoda ikinci sərbəst yürüşlərdən əvvəl daha üç maşının güc qurğusunda dəyişikliklər edilib.

F-1.az xəbər verir ki, Mercedes AMG-nin hər iki sürücüsü və Niko Hülkenberq ikinci rekuperasiya sisteminin akkumulyatoruna (ES) keçiblər. Həmilton həm də ikinci elektron idarəetmə blokundan (CE) istifadə etməyə başlayıb. Say limiti keçilməyib və heç bir sürücü bu dəyişikliklərə görə cərimələnməyib.

Xatırladaq ki, ilk sessiyadan əvvəl beş maşında güc qurğusunun elementləri dəyişdirilmişdi.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*