F-1.az bildirir ki, komandaların çoxu testlərin sonuncu günündə həm yarışı, həm də sıralanma turunu simulyasiya etməyi planlaşdırıb. Lakin sessiyanın gün ərzində ümumilikdə altı dəfə – Roman Qrojan və Fernando Alosoya görə iki dəfə, Kimi Rəykkönen və Karlos Saynsa görə bir dəfə dayandırılması buna imkan verməyib.
Builki mövsümöncəsi testləri qış testləri yox, keçirildiyi günləri və hava şəraitini nəzərə alaraq yaz testləri adlandırmaq olardı. İki həftə sonra Melburnda ilk yarış həftəsonu olacaq. Komandalar növbəti dəfə testlərə aprelin 18-də Bəhreyndə toplaşacaqlar.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:18.634 | – | 111 | SuperSoft |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:19.438 | + 0:00.804 | 71 | SuperSoft |
3 | 55 | Karlos Sayns | Toro Rosso | 1:19.837 | + 0:01.203 | 132 | UltraSoft |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:19.845 | + 0:01.211 | 53 | SuperSoft |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.850 | + 0:01.216 | 54 | UltraSoft |
6 | 27 | Niko Hülkenberq | Renault | 1:19.885 | + 0:01.251 | 45 | UltraSoft |
7 | 11 | Serxio Peres | Force İndia | 1:20.116 | + 0:01.482 | 128 | UltraSoft |
8 | 30 | Colion Palmer | Renault | 1:20.205 | + 0:01.571 | 43 | UltraSoft |
9 | 18 | Ləns Stroll | Williams | 1:20.335 | + 0:01.701 | 132 | Soft |
10 | 8 | Roman Qrojan | Haas | 1:21.110 | + 0:02.476 | 76 | UltraSoft |
11 | 14 | Fernando Alonso | McLaren | 1:21.389 | + 0:02.755 | 43 | UltraSoft |
12 | 9 | Markus Eriksson | Sauber | 1:21.670 | + 0:03.036 | 59 | SuperSoft |
13 | 94 | Paskal Verlyayn | Sauber | 1:23.527 | + 0:04.893 | 42 | Soft |