F-1.az xəbər verir ki, Verlyayn və Vandorn istisna olmaqla, adı çəkilənn sürücülərdən yerdə qalan beşi xeyli məsafə qət ediblər və üzərlərinə düşən proqramı demək olar ki, tamamlaya biliblər. Səhər sessiyası iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Bunun səbəbi hər iki halda Vandornun maşınında elektron sistemdəki problemlər olub.
Nahardan sonra da sessiya iki dəfə saxlanılıb. Əvvəlcə Daniil Kvyatın maşını beşinci döngədə, daha sonra isə Colion Palmerin maşını onuncu döngədə dayanıb. Kvyat daha sonra trasa qayıtsa da, Palmer üçün test günü başa çatıb.
Ən çox dövrəni Sebastyan Fettel vurub. Alman sürücü həm də səhər UltraSoft təkərlərlə ilk yeddi günün ən yaxşı nəticəsini göstərib – 1:19.024.
Barselonada keçirilən mövsümöncəsi testlər sabah yekunlaşacaq…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:19.024 | – | 156 | UltraSoft |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.352 | + 0:00.328 | 52 | UltraSoft |
3 | 31 | Esteban Okon | Force İndia | 1:20.161 | + 0:01.137 | 137 | UltraSoft |
4 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:20.416 | + 0:01.392 | 94 | SuperSoft |
5 | 20 | Kevin Maqnussen | Haas | 1:20.504 | + 0:01.480 | 119 | UltraSoft |
6 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 1:20.824 | + 0:01.800 | 128 | Soft |
7 | 2 | Stoffel Vandorn | McLaren | 1:21.348 | + 0:02.324 | 48 | UltraSoft |
8 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:21.819 | + 0:02.795 | 95 | Soft |
9 | 94 | Paskal Verlyayn | Sauber | 1:22.347 | + 0:03.323 | 44 | UltraSoft |
10 | 30 | Colion Palmer | Renault | 1:22.418 | + 0:03.394 | 53 | Soft |
11 | 9 | Markus Eriksson | Sauber | 1:23.330 | + 0:04.306 | 88 | Soft |
12 | 19 | Felipe Massa | Williams | 1:24.443 | + 0:05.419 | 80 | Medium |
13 | 18 | Ləns Stroll | Williams | 1:24.863 | + 0:05.839 | 85 | Soft |