Formula1 yubiley loqotipini təqdim edib

Yeni ilin ilk günündə Formula1-in sahibləri idmanın 70 illik yubileyinə həsr olunmuş yeni loqotipini təqdim ediblər - yanvarın 6-dan yeni loqotip bütün rəqəmsal platformalarda peyda olacaq.

F1 logo

F-1.az xatırladır ki, Liberty Media keçən il idmanda 1000-ci yarışı qeyd etdikdən sonra bu il idmanın 70 illik yubileyinə hazırlaşır – yeni loqotip bayram tədbirlərinin başlanğıcıdır. Hazırda loqotipin iki forması – yazılı (üfiqi) və rəqəmli (şaquli) formaları hazırlanıb.

F1 logo

Çempionatın mətbuat xidməti bildirib ki, “Formula1-in keçmişi onun gələcəyinə enerji verir, yeni loqotip isə yeni eranın başlanğıcıdır və gələcəyə baxmağa imkan verir. 70 illik yubileyin bayram edilməsi – keçmişin indiki zamanın bir hissəsi olmasıdır, bizim hamımızın əminliklə və qürurla gələcəyə baxmasıdır…”

F1 logo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*