F-1.az bildirir ki, Səudiyyə Ərəbistanın Saudi Aramco neft-qaz şirkəti dünyanın ən varlı şirkətlərindən biri sayılır, şirkət neft hasilatı və neft ehtiyatlarının həcminə görə dünya lideridir.
Saudi Aramco bundan sonra DHL, Emirates, Heineken, Pirelli və Rolex-lə birgə Formula1-in 6-cı qlobal tərəfdaşı olacaq, həmçinin 2020-ci ildə ABŞ, İspaniya və Macarıstan Qran Prilərinə titul sponsorluğu edəcək.