Formula1 yarışının Bakıda keçirilməsinə dair müqavilənin imzalanmasından 2 il ötür

Bakı Şəhər Halqasında "Odlar ölkəsində, Sürət zirvəsində!" devizinin reallaşmasına iki aydan az müddət qalıb...

F-1.az xatırladır ki, bu gün Azərbaycan Höküməti ilə Formula 1 Rəhbərliyi arasında Formula1 Dünya Çempionatı çərçivəsində Qran Pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib: “Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır.

Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm.

Biz əminik ki, Bakı Şəhər Halqası builki Avropa Qran Prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*