Formula1 virtual çempionata başlayır

Liberty Media elan edib ki, Formula1 sürücülərinin iştirakı ilə F1 Esports Virtual Grand Prix çempionatına başlayır.

F-1.az bildirir ki, vrtual yarışlar təqvim üzrə təxirə salınan və ya ləğv olunan yarışların yerinə keçiriləcək. İlk mərhələ bu həftəsonu – bazar günü, martın 22-də baş tutacaq. Codemasters şirkətinin istehsalı olan F1 2019 oyununda Bəhreynin virtual Qran Prisi keçiriləcək. Yarışın müddəti 28 dövrə olacaq (həqiqi məsafənin 50%-i), yarışdan əvvəl sıralanma turu keçiriləcək. Bütün maşınlar eyni parametrlərə sazlanacaq, zədələnmələr söndürülüb, əvəzində əyləclərin bloklanması əleyhinə sistem (ABS) və dartma nəzarəti sistemi (Traction Control System) aktiv olacaq.

Bəhreyn yarışı Bakı vaxtı ilə gecəyarı (00:00) başlayacaq. Yarış Youtube, Twitch və Facebook-da rəsmi Formula1 kanallarında canlı yayımlanacaq. Bəhreyndə virtual yarışda iştirak edənlərin siyahısı daha sonra dərc ediləcək.

Bəhreynlə yanaşı, Vyetnam, Hollandiya, İspaniya və Monakoda ləğv edilmiş mərhələlərin vaxtlarında virtual yarışların keçirilməsi planlaşdırılır. F1 2019 oyununda Hanoy və Zandfort trasları olmadığından yarışlar hələ adları açıqlanmayan digər yarış traslarında keçiriləcək. Sürücülər yarışa görə xal qazanmayacaqlar, çünki təşkilatçıların məqsədi azarkeşlərə rəqabət qabiliyyəti olmayan başqa əyləncə təqdim etməkdir.

F1 Esports Virtual Grand Prix çempionatı real  Formula1 mövsümü başlamasa, iyun ayına qədər uzadıla bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*