F-1.az xəbər verir ki, alman motor yağı və avtomobillər üçün kimyəvi maddələr istehsalçısı ilə müqavilə üçillik nəzərdə tutulub. Liqui Moly keçən il də bir neçə trasdakı yarışda sponsor olmuşdu, lakin yeni müqavilənin daha qlobal xarakter daşıdığı bildirilir.
Qeyd edək ki, tərəflər bu barədə hələ pandemiya geniş vüsət almağa başlayanda – mart ayında danışıqlar aparmışdılar. Yaranmış vəziyyət razılığın rəsmiləşdirilməsini bir neçə ay gecikdirib.