Formula1 təqvimində neçə yarış olacaq?

Formula1-in idman direktoru Ross Braun düşünür ki, bir mövsümdə maksimum 21 yarış keçirmək olar.

F-1.az xatırladır ki, Formula1-in rəhbəri Çeyz Keri mövsüm ərzində 25 və ya daha çox yarış ola biləcəyini desə də, Braun bunun mümkünsüz olduğunu bildirib: “Hər şeydən əvvəl tədbirin keyfiyyətidir. Şimali Amerika vacibdir, amma Asiya və Avropa da çox vacibdir. Neçə ədəd yarış olmalıdır? Təqvimi şişirtməməliyik. Maksimum 20 və ya 21 yarış olar. Gələn il Fransa və Almaniya qayıdacaq. Montsa da çox vacibdir.

Hazırda hibrid mühərriklərin inkişafı barədə düşünürük. Yol avtomobillərinə olan bağlantını kəsməmək üçün turbo mühərrikləri ilə davam edə bilərik, amma texnologiya hesabına onları daha yüksək səsli və ucuz əldə edə bilərik.

Bundan başqa mübarizəni maraqlı etmək üçün Good Year və ya Michelin kimi təkər istehsalçıları ilə də müqavilə bağlaya bilərik. Mübarizə faydalı olduğu qədər bahalıdır. Pirelli əla iş gördü. Onları tənqid etmək asandır. Hansı təkərin bizim üçün əlverişli olduğunu təhlil edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*