F-1.az xəbər verir ki, Racingnews365 nəşri 2022-ci il üçün Formula1 sürücülərinin maaşlarını dərc edib. Əlbəttə ki, bütün rəqəmlər qeyri-rəsmidir, lakin onlar gəlir səviyyəsi haqqında ümumi fikir əldə etməyə imkan verir.
Çempionatın ən yüksək maaş alan sürücüsü 2022-ci ildə maaşı 40 milyon dollara düşən Lyuis Həmilton olaraq qalır. Son dünya çempionu Maks Ferstappen beş milyon az qazanıb, Fernando Alonso isə reytinqin üçüncü pilləsindədir – onun maaşı Həmiltonun maaşının yarısıdır.
2022-ci ildə FORMULA1 SÜRÜCÜLƏRİNİN MAAŞI
Sürücü | Komanda | Maaş, milyon $ |
Lyuis Həmilton | Mercedes | 40.00 |
Maks Ferstappen | Red Bull | 35.00 |
Fernando Alonso | Alpine | 20.00 |
Sebastyan Fettel | Aston Martin | 15.00 |
Daniel Rikkardo | McLaren | 15.00 |
Lando Norris | McLaren | 15.00 |
Şarl Lekler | Ferrari | 12.00 |
Karlos Sayns | Ferrari | 10.00 |
Ləns Stroll | Aston Martin | 10.00 |
Valtteri Bottas | Alfa Romeo | 10.00 |
Serxio Peres | Red Bull | 10.00 |
Corc Rassell | Mercedes | 5.00 |
Esteban Okon | Alpine | 5.00 |
Pyer Qasli | AlphaTauri | 5.00 |
Kevin Maqnussen | Haas | 5.00 |
Aleks Əlbon | Williams | 2.00 |
Mik Şumaxer | Haas | 1.00 |
Quanyu Çjou | Alfa Romeo | 1.00 |
Nikolas Latifi | Williams | 1.00 |
Yuki Tsunoda | AlphaTauri | 0.75 |