Almaniyanın Motorsport-Total həftəlik nəşri bu sahədə öz tədqiqatının nəticələrini cədvəl halında dərc edib. Əvvəlcədən qeyd edək ki, bu cədvəldəki rəqəmlər adət etdiyimiz məbləğlərdən kəskin fərqlənir, düzdür, almanlar bildiriblər ki, sürücülərin mükafatları və bonus ödəmələri bu cədvələ daxil edilməyib, yəni cədvəldə yalnız müqavilə məbləğləri əks olunub.
Təəccüblü deyil ki, ilk üçlükdə bir neçə titul qazanmış sürücülər yer alıblar – Lyuis Həmilton, Fernando Alonso və Sebastyan Fettel. Maraqlıdır ki, üçqat və ikiqat dünya çempionlarının əmək haqqı dördqat dünya çempionunun əmək haqqından yüksəkdir.
F-1.az bir daha xatırladır ki, belə məlumatlara etibar etmək vacib deyil, amma, istənilən halda, bu cədvəl yenə də sübut edir ki, çempionatın iştirakçıları öz həyatlarını kifayət qədər təmin etmişlər…
Sürücü | Komanda | Müqavilə/uzatmaq hüququ (opsion) | Əmək haqqı, min avro |
Lyuis Həmilton | Mercedes AMG | 2018-ci ilin sonuna qədər | 18 700 |
Fernando Alonso | McLaren | 2017-ci ilin sonuna qədər | 18 700 |
Sebastyan Fettel | Ferrari | 2017-ci ilin sonuna qədər | 14 100 |
Daniel Rikkardo | Red Bull | 2018-ci ilin sonuna qədər | 11 300 |
Niko Hülkenberq | Renault | 2018-ci ilin sonuna qədər | 9 400 |
Maks Ferstappen | Red Bull | 2018-ci ilin sonuna qədər + opsion | 6 600 |
Roman Qrojan | Haas | 2017-ci ilin sonuna qədər + opsion | 6 600 |
Kimi Rəykkönen | Ferrari | 2017-ci ilin sonuna qədər | 5 600 |
Valtteri Bottas | Mercedes AMG | 2017-ci ilin sonuna qədər + opsion | 5 600 |
Serxio Peres | Force İndia | 2017-ci ilin sonuna qədər | 4 700 |
Felipe Massa | Williams | 2017-ci ilin sonuna qədər | 4 700 |
Stoffel Vandorn | McLaren | 2017-ci ilin sonuna qədər + opsion | 2 800 |
Esteban Okon | Force İndia | 2017-ci ilin sonuna qədər + opsion | 1 900 |
Kevin Maqnussen | Haas | 2017-ci ilin sonuna qədər + opsion | 1 400 |
Karlos Sayns | Toro Rosso | 2017-ci ilin sonuna qədər | 1 400 |
Daniil Kvyat | Toro Rosso | 2017-ci ilin sonuna qədər | 940 |
Markus Eriksson | Sauber | 2017-ci ilin sonuna qədər + opsion | 940 |
Colion Palmer | Renault | 2017-ci ilin sonuna qədər | 940 |
Paskal Verlyayn | Sauber | 2017-ci ilin sonuna qədər | 470 |
Ləns Stroll | Williams | 2018-ci ilin sonuna qədər + opsion | 350 |