Formula1 sürücüləri dəbilqə dizaynlarını mövsümdə bir dəfə dəyişdirə biləcəklər

FİA belə bir qərara gəlib ki, sürücülərə mövsüm ərzində bir dəfə dəbilqənin dizaynını dəyişmək şansı verilsin. Beləliklə, sürücülər mövsüm ərzində bir dəfə dəbilqələrini dəyişdirə bilərlər...

F-1.az xatırladır ki, FİA 2015-ci ildən belə qərara gəlmişdi ki, Formula1 sürücüləri mövsümboyu dəbilqə dizaynını dəyişdirə bilməzlər. Komandalar və Formul1 idarəçiləri belə qənaətə gəlmişdilər ki, Fettel kimi hər yarış dəbilqəsini dəyişdirən sürücülərə görə azarkeşlər sürücüləri seçməkdə çətinlik çəkirlər.

Sürücülər əvvəl vaxtı bu qaydanı qəbul etsələr də, daha sonra FİA-dan bu qərarda bir az dəyişiklik etməsini istəmişdilər.

Monako QP-də çıxan qərara görə, FİA hər sürücüyə mövsümdə bir dəfə dəbilqənin dizaynını dəyişdirmək icazəsi verir.

FİA-nın mətbuat nümayəndələrindən biri belə deyib: “Mövsüm ərzində hər sürücünün bir dəfə dəbilqənin dizaynını dəyişmək şansı olacaq və bu şansı bir yarışda, məsələn, öz ölkələrindəki yarışda istifadə edə bilərcəklər”.

Lyuis Həmilton və Felipe Massa da daxil olmaqla bəzi sürücülər bu haqlarından Monakoda istifadə ediblər….

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*