F-1.az bildirir ki, Formula1 rəhbərliyi ən yaxşı sessiya formatını tapmaq üçün hərəkətə keçib və arxa planda bütün alternativləri dəyərləndirir.
Yeni formatda bütün sürücülər sıralanma turunun bütün sessiyalarında eyni təkər dəstinə sahib olacaqlar. İlk sessiyada hamı Hard, ikinci sessiyada Medium, son sessiyada isə Soft təkərlərdən istifadə edəcəklər.
Yağış yağanda isə sürücülərin hamısı ya keçid ya da sərt yağış təkərlərini götürəcəklər. Bu format bu il ilk iki yarışda istifadə ediləcək və yaxşı nəticə versə, 2024-cü ildə birdəfəlik bu sistemə keçiləcək. Bu formatda hər sürücünün əlində 11 təkər dəsti olacaq. Beləliklə, onların əlindəki təkər dəsti sayı da azalacaq.