Formula1 rəhbərliyi ideya oğurluğu edir?

Formula E seriyasının rəhbəri Alexandro Aqaq iddia edir ki, Formula1 dünyası onları nüsxələməklə məşğuldur.

F-1.az xatırladır ki, Formula E keçən il düzülüşdəki qızların xidmətindən imtina etmişdi. Bu il isə eyni addımı Formula1 rəhbərliyi atıb.

Alexandro Aqaq: “Bizim etdiyimiz əksər şeyləri nüsxələyirlər. Ancaq bu bir təsadüf də ola bilər! Formula1-ə demək istəyirik ki, 21-ci əsrə xoş gəlmişsiniz. Formula E düzülüşdəki qızlardan keçən il imtina etdi və bunu şouya çevirmədik.

20 ildən sonra Formula E ən güclü seriya olacaq, çünki çempionat avtomobil sənayesinə birbaşa bağlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*