F-1.az xəbər verir ki, Meksika həftəsonu günlərində Red Bull komandasının sürücüləri və əməkdaşlarının Sky Sports telekanalının jurnalist və ekspertləri ilə əlaqə saxlamadığı barədə yazmışdıq. Özü də bu boykot təkcə Britaniyanın Sky Sports nümayəndələrinə deyil, eləcə də Sky Deutschland və Sky Italia şirkətlərinə də şamil edilmişdi. .
Bu, Ostində kanalın müxbir Ted Kravitsin sözlərinə komandanın reaksiyası idi, amma Maks Ferstappenin o vaxt dediyi kimi, boykotun “müəyyən bir həftəsonu ilə heç bir əlaqəsi yoxdur, bütün mövsümdən söhbət gedir: “Bu sataşma, atmaca oyunu davamlı olaraq edilir, davamlı hörmətsizlik təzahürləri, xüsusən də bir şəxs tərəfindən. Bir vaxt belə qərara gəldim ki, artıq bundan doymuşam, daha buna dözməyəcəm”.
RacingNews365-in məlumatına görə, Formula1 vəziyyəti düzəltməyə cəhd edib və kanal rəhbərliyi ilə Red Bull komandası arasında danışıqları asanlaşdırıb.
Sky Sports-un direktoru Billi MakCinti barışıq danışıqları aparmaq üçün bazar ertəsi komandanın Milton Kinsdəki bazasına baş çəkib, lakin tərəflərdən heç biri hələ vəziyyətə münasibət bildirməyib.
Bununla belə, Meksika Qran Prisindən sonra Red Bull komandasının başçısı Kristian Horner vurğumışdı ki, boykot yalnız bir mərhələ üçün elan edilib və artıq Braziliyada komanda ilə Sky Sports arasında qarşılıqlı əlaqə normallaşmalıdır. Bunun kanalın ondan artıq tamştatlı aparıcı, şərhçi və ekspertdən ibarət bütün heyətinə şamil edilib-edilməməsi hələ ki, bəlli deyil, bəzi istisnalar olacağı da mümkündür.
RacingNews365 xatırladıb ki, bu, ilk belə hal deyil: vaxtilə Haas komandası Sky Deutschland ilə əlaqə saxlamaqdan imtina etmişdi, Ferrari isə Sky Italia jurnalistlərini boykot etmişdi.