Formula1 mühəndislərin yox, pilotların çempionatı olmalıdır

Berni Ekklstounla yaxşı münasibətləri olan Flavio Briatore yeni rəhbərliyin Formula1-də nələri dəyişəcəyini maraqla gözləyir.

F-1.az xəbər verir ki, Renault komandasının sabiq rəhbəri Formula1 rəhbərliyindəki dəyişikliklər barədə danışıb.

Flavio Briatore: “Bu dəyişikliyin çox da yerində olduğunu düşünmürəm. Düzdür, Berni ilə yaxınam. O, Formula1-də bir çox adam üçün uğurlu işlər görüb, köməklik göstərib. Hətta buna layiq olmayanlara da. Yeni səhmdarlar gəldikdə belə dəyişikliklərin olması normaldır. Formula1 bu günə qədər böyük bir maliyyə işi oldu, amma idmanın indiki vəziyyətinin yaxşı olub-olmaması mübahisəli mövzudur. Vəziyyət yaxşı deyil. Maliyyə problemlərinə görə bir çox komanda böhrandadır. Bir çox təşkilatçı yarışı keçirə bilmir. Silverstoun ayrılmaq istəyir, Sinqapur və Malayziya yarışlarının gələcəyi sual altındadır. İdmanı belə necə qoruya bilərik ki?

Bütün bunlardan qazanan yeganə tərəf CVC idi. İndi heç kimə xeyri olmayan Formula1 var. Qiymətlər o qədər şişib ki, onları idarə etmək mümkün deyil. Bütün bunlar 2009-cu ildə FOTA-nın dağılmasından sonra baş verdi – fəaliyyətinə davam etsəydi, bunlar olmayacaqdı. Formula1 mühəndislərin yox, sürücülərin çempionatı olmalıdır. Motorların inkişaf etdirilməsi əvvəlki kimi dondurulmalıdır. O vaxt 12 maşın arasında vaxt 1 saniyədən az idi. Ross Braun ilə səkkiz il birlikdə işləmişəm. Mühəndis olaraq şeytan kimidir, amma mükəmməl insandır. Hamının məqsədinin eyni olduğunu bilməlidir. Xüsusilə də xərclərin azaldılması mövzusunda”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*