F-1.az bildirir ki, Hauelin kommunikasiya və PR strategiyaları üzrə 30 illik təcrübəsi var və Formula1-in maliyyə və reklam şönəsinin rəhbəri Şon Bratçesə birbaşa hesabat verirdi.
Qeyd edək ki, Hauell ilk dəfə 2003-cü ildə Berni Ekklstoun tərəfindən işə götürülmüşdü. Amma bundan bir müddət sonra Red Bull tərəfindən aylıq dərc edilən Red Bulletin jurnalının baş redaktoru olmaq üçün vəzifəsindən ayrılmışdı.
Lakin 2016-cı ildə Formula1 Liberty Media-ya satıldıqdan sonra Şon Bratçes təcrübəli Hauelli kommunikasiya direktoru kimi vəzifəyə gətirmişdi. Normanın vəzifəyə gəlişi elan olunsa da, ayrılışı barədə heç bir xəbər verilməyib. Forbes xəbər verir ki, Hauell bu xəbəri Linkedin hesabında paylaşıb.