F-1.az xəbər verir ki, iclasda builki reqlamentə edilən dəyişikliklər müzakirə olunub.
Qərara alınıb ki:
– İmoladan sonra daha səmərəli Pirelli yağış təkərləri təklif olunacaq ki, onların da qızdırıcı örtüklərə ehtiyacı olmayacaq;
– Komandalar və pilotlar keçmiş məhdudiyyətlər olmadan radio əlaqəsi qura biləcəklər;
– Sprintli yarış həftəsonları zamanı qapalı park rejimi sadələşdiriləcək;
– Bəzi traslarda dəyişikliklər ediləcək:
– – Ciddədə vizual olaraq maksimum açıq döngələr;
– – Bakı və Mayamidə yeni asfalt qatı döşənəcək;
– – Zandfortda pit-stop mövqeləri arasında məsafə 1.5 metr artırılacaq;
– – Qətərdə yeni boks kompleksi;
– DRS zonalarında dəyişikliklər (haradasa ötmək çox asan, haradasa çox çətin idi): Bəhreyn, Ciddə, Melburn, Bakı və Mayamidə zonaların uzunluğuna düzəliş ediləcək, Melburnda isə dördüncü zona əlavə olunacaq;
– Komandaların rəhbərləri, mühəndisləri, mexanikləri üçün məcburi qış tətili vaxtı təyin olunacaq;
– Yarışın sonunda göstərilən qırmızı/damalı bayraqdan asılı olmayaraq, tam yarış məsafəsi qət olunmazsa, yarımçıq xallar qaydası tətbiq olunacaq;
– 21-ci Qran Pridən sonra mövsümdə bütün yarışlar üçün büdcə limitinə hər bir yarış üçün 1.8 milyon dollar əlavə vəsait ödəniləcək.
Bütün dəyişikliklər yalnız FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.