Formula1-in yeni rəsmi tərəfdaşı var

Formula1-in xüsusilə Liberty Media tərəfindən alınmasından sonra nüfuzunun artması, televiziya və internetdə daha çox yayımlanması potensial sponsorların da diqqətini cəlb edir

F-1.az xəbər verir ki, Formula1 və beIN SPORTS çoxillik tərəfdaşlıq müqaviləsi bağladıqlarını elan ediblər – şirkət eyni zamanda 10 Asiya ölkəsində yayım üçün eksklüziv hüquqlar əldə edib.

Müqavilə 2023-cü il mövsümündən əvvəl qüvvəyə minəcək və sərbəst yürüşlər, sıralanma turu, sprint və əsas yarışlar da daxil olmaqla, bütün yarış həftəsonları üçün eksklüziv yayım hüquqlarını əhatə edəcək.

Honq-Konq, Sinqapur, Malayziya, Bruney, İndoneziya, Timor-Leste, Tayland, Laos, Kamboca və Filippindəki azarkeşlər Formula1-ə beIN SPORTS kanallarından və beIN SPORTS CONNECT proqramından baxa biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*