Formula1-in yeni loqotipi təqdim edilib

Liberty Media gələn ildən etibarən istifadə ediləcək Formula1 loqosunu yarışdan sonra təqdim edib.

F-1.az xatırladır ki, Formula1 çempionatı rəsmən 1994-cü ildən etibarən məşhur qara-qırmızı loqotipdən istifadə edirdi. Amma yanvar ayında idmanı satın almış Liberty Media bir çox sahədə olduğu kimi loqotipi də dəyişməyi qərar alıb.

Qeyd edək ki, bu haqda xəbərlər keçən həftə çıxmış və Çeyz Keri tərəfindən təsdiqlənmişdi. FİA da Liberty-nin bu istəyinə dəstək verib və yeni loqo mövsümün son yarışı Əbu Dabi Qran Prisinin podium proseduru zamanı nümayiş olunub, daha sonra isə mətbuat konfransında jurnalistlərə təqdim olunaraq, rəsmən təsdiqlənib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*