Formula1-in gəlirləri artıb

Liberty Media 2022-ci ilin 3-cü rübünə aid maliyyə nəticələrini açıqlayıb. Gəlirlər keçən ilin analoji dövrü ilə müqayisədə 7% artaraq 715 milyon dollar olub.

F-1.az xəbər verir ki, 3-cü rübün xalis gəlirləri keçənilki ilə müqayisədə 5.8% azalaraq 64 milyon dollar təşkil edib. Mənfəətin aşağı düşməsi komandalara edilən ödənişlərin 9.4% artaraq 370 milyon dollara çatması ilə izah edilir.

F1 rəhbərliyi qeyd edir ki, promouterlərdən gələn ödənişlər azalıb, lakin kommersiya hüquqlarının satışlarından və sponsorlardan gələn gəlirlərin artması bunu kompensasiya edir.

Stefano Domenikali: “Üçüncü rübdə Las Veqas yarışı da daxil olmaqla, 24 yarışlıq rekord uzunluqdakı təqvimi elan etməkdən məmnunuq. Bundan əlavə, yayım quruluşları ilə çoxillik müqavilələr bağlamışıq – bunlara ESPN və Sky-ı misal göstərə bilərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*