Formula1-in auditoriyası artmaqda davam edir

Artıq üçüncü ildir ki, Formula1-in televiziya və rəqəmsal yayımlarının auditoriyası ötən mövsümlə müqayisədə artır.

Çempionatın mətbuat xidmətinin yaydığı məlumata əsasən, Formula1-in auditoriyası ötən il 1.922 milyard nəfərə çatıb – 2012-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Ötən mövsümün auditoriyası 2018-ci illə müqayisədə 9% artıq olub.

F-1.az bildirir ki, ən çox auditoriya artımı Polşa (+256%), Yunanıstan (+75%), Niderland (+56%), İtaliya (+29%) və Almaniyada (+23%) qeydə alınıb. ABŞ-da bu artım 7%, Çində isə 5% təşkil edib.

Mövsümün 21 yarışından 19-da əvvəlki mövsümlə müqayisədə auditoriya artımı müşahidə olunub. Ən çox auditoriya İtaliya Qran Prisində – 112 milyon tamaşaçı (2018-ci illə müqayisədə +20% artım) qeydə alınıb. Bu göstərici 2016-cı ilin Meksika Qran Prisindən sonra ən yüksəkdir. Monako, Braziliya və Almaniyada da tamaşaçıların sayı 100 milyon nəfərdən çox olub.

Sosial şəbəkələrdə Formula1-i izləyənlərin sayı 2018-ci illə müqayisədə 32.9% artıb. Bu, digər idman yarışları ilə müqayisədə rekord göstəricidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*