Formula1 ekoloji təmizlik üçün addımlar atacaq

Biz bu gün xəbər vermişdik ki, Bəhreyndəki həftəsonundan etibarən F2 və F3 maşınları 55% daha təmiz yanacağa keçəcəklər.

F-1.az xəbər verir ki, Formula1 də bu istiqamətdə 2026-cı ildə – yeni motor reqlamentinə keçilən zaman ciddi addım atacaq.

Stefano Domenikali: “Yeni yanacağın yaradılması çoxillik zəhmətin nəticəsidir, biz şadıq ki, bu il ondan Formula2 və Formula3-də istifadə edə biləcəyik.

Bu seriyaların rolu heç vaxt bu qədər vacib olmamışdı – onlar yeni nəsil sürücülər yetişdirməyə və innovativ həlləri sınaqdan keçirməyə davam edirlər. Formula1 2030-cu ildə karbonu 0-a endirməyə doğru irəliləməyə davam edir və qlobal partnyorumuz Aramco ilə qabaqcıl təmiz yanacaqların hazırlanması bu istiqamətdə böyük addımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*