1978-ci il dünya çempionu Mario Andretti bildirib ki, oğlu Maykl Formula1-də öz komandasını yaratmaq üçün FİA-ya müraciət edib.
2018-ci ildə Andretti Force İndia-nın aktivlərini almağa çalışdı, lakin o zaman Lourens Stroll onu qabaqladı. 2021-ci ilin oktyabrında o, Sauber-i almağa çalışdı, lakin müqavilə son anda uğursuz oldu.
İndi o, böyük məbləğdə depozit qoymağa (200 milyon Avro) və öz komandasını yaratmağa hazırdır.
“Maykl 2024-cü ildən Formula1-də yarışacaq yeni komanda üçün FİA-ya müraciət edib, – deyə Mario sosial şəbəkə hesabında paylaşım edib. – Onun Andretti Global şirkəti bütün lazımi resurslara və şəraitə malikdir. O, FİA-nın qərarını gözləyir”.