Formula1-ə yeni komanda gəlir?

İndoneziyalı iş adamı Rikardo Gelaelin də şəriklərindən olduğu bir şirkət Manor-u satın alaraq Formula1-ə girmək istəyir.

F-1.az xatırladır ki, Manor borclarını ödəyə bilmədiyi üçün xarici idarəetmə sisteminə keçmişdi. Komanda yarışmağa davam etmək üçün investor axtarsa da, tapa bilməmişdi. FRP Advisory şirkəti fevralda mövsümöncəsi testlərdən əvvəl investor tapmağa çalışsa da, bu mümkün olmayıb. Bəzi Asiya şirkətləri ilə aparılan danışıqlar da uğursuzluqla nəticələndikdən sonra şirkətin bağlanmasına qərar verilmi.di.

Amma Finlandiyanın Turun Sonomat nəşri xəbər verib ki, Manor komandasını indoneziyalı bir şirkət alıb, yeni bolidi Avstraliya yarışına qədər çatdırmaq istəyir.

İndoneziyalı GP2 sürücüsü Sin Galaelin atası və KFC-nin İndoneziyadakı təmsilçisi Jagonya Ayam Rikardo Gelael Manor-u almaq istəfiyini hamı bilir.

İki tərəf arasında danışıqlar normal gedərkən Manor-un gizli borcları çıxmış və danışıqlar dayandırılmışdı. Amma hazırda komandanın qiymətinin düşməsi yenidən Galaelin marağına səbəb olub. Xatırladaq ki, Jagonya Ayam və KFC markası 2016-cı ildə Pertamina Campos Racing-in ən vacib sponsoru olub. Komandanın Rio Haryanto və Sin Galael kimi indoneziyalı sürücülərlə yarışmaq ehtimalı Pertamina-nın diqqətini cəlb edə bilər və bununla da müqavilə bağlamağa dəstək verə bilərlər.

Satılacağı təqdirdə Manor-un adının və rənginin dəyişməsi gözlənilir.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*