Formula1-ə “Günün sürücüsü” mükafatı gəlir!

Dünən Cenevrədə başa çatan iclasda Strateji İşçi qrupun daha bir təklifi qəbul olunub - hər yarışda ən yaxşı çıxış etmiş sürücüyə veriləcək "Günün sürücüsü" mükafatı təklifi səs çoxluğu ilə qəbul edilib.

F-1.az xəbər verir ki, Formula1-də azarkeş sayını artırmaq üçün müxtəlif həll yolları axtarılır və bunlardan biri də yarışdan sonra bir sürücüyə veriləcək “Günün sürücüsü” mükafatıdır.

Yığıncaqda “Günün pit-stopu”“Günün ötməsi” təklifləri qəbul edilməyib.

FİA-dan verilən açıqlamada da FOM tərəfindən təşkil olunacaq mükafatın qəbul edildiyini bildiriblər.

Qeyd edək, seçim azarkeşlərin səsverməsinə əsasən ediləcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*