Formula1 DHL ilə müqaviləni uzadıb

Formula1-lə uzun müddətdir tərəfdaşlıq edən DHL şirkəti müqaviləni uzadıb.

F-1.az xatırladır ki, DHL 2004-cü ildən Formula1-in rəsmi logistika ortağıdır. Yeni müqavilə ilə həm tərəfdaşlıq davam edəcək, həm də şirkət eSpor seriyasının ilk rəsmi sponsoru olacaq. Müqaviləyə əsasən, DHL ən sürətli pit-stop və ən sürətli dövrə mükafatları verməyə davam edəcək.

Şon Bratçes: “Formula1-in rəsmi logistika ortağı DHL ilə uzunmüddətli tərəfdaşlığımızı davam etdirdiyimiz üçün xoşbəxtəm. Bu idman üçün dəqiqlik çox önəmlidir. Bu da DHL-in şüarıdır. Buna görə də tərəfdaşlığımız uğurludur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*