Formula1-də yeni mövsümün ilk cəzası gəlib

Formula1 üzrə 2016-cı il mövsümünün ilk cəzası bu il Manor komandası ilə Formula1-də debüt edən Rio Haryantoya gəlib...

F-1.az xəbər verir ki, Avstraliyada keçirilən üçüncü sərbəst yürüşlərdə Rio Haryanto pit yolunda Haas komandasının sürücüsü Roman Qrojan ilə toqquşub. Belə ki, boksdan çıxarkən, ləng davranıb və yandaki boksdan pit yoluna çıxan Roman Qrojana ilişib.

Qəzadan sonra Haryanto ön qanadını dəyişdirərək, yenidən trasa qayıdıb, amma Qrojanın bolidinin həm ön qanadı, həm də altlığı dəyişdirilib. Ona görə də fransalı sürücü trasda az işləyib.

Qran Prinin stüardları insidenti təhlil etdikdən sonra Haryantoya sabahkı yarışın startında 3 yer itirmək cəzası veriblər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*