Formula1-də yeni komanda peyda ola bilər – LKY SUNZ

Bu ilin əvvəlində FİA 2026-cı ildən başlayaraq Formula1-də yarışmaq istəyən yeni komandalar üçün müraciət prosesinin başlandığını elan etdi. Artıq bir neçə namizəd məlumdur - Andretti Cadillac, Stefano Domenikalinin haqqında heç nə eşitmədiyi Kreyq Pollokun Formula Equal komandası və Hitech GP-nin sahibi Oliver Ouksun H26 layihəsi.

F-1.az xəbər verir ki, bu gün Formula1-də iştirak üçün dördüncü potensial namizəd – Cənub-Şərqi Asiyadan olan LKY SUNZ komandası üzə çıxıb. Layihəyə WEC-də Rusiyanın avtoidman proqramında çalışmış, ruslara məxsus SMP Racing və BR Engineering-in keçmiş idarəedici direktoru və əvvəllər digər F1 komandası layihəsi olan Panthera Asia F1 Team-in qurucusu Bencamin Dürend başçılıq edir.

Durendlə yanaşı, LKY SUNZ-da Panthera layihəsinin digər üzvləri də iştirak edirlər: rəhbər vəzifəsinə təyin edilmiş Pol Fleminq və kommersiya direktoru vəzifəsini tutan Endryu Payra.

LKY SUNZ artıq Amerika idman fondu Legends Advocates Sports Group və Asiyadan olan korporativ və özəl investorlardan investisiyalar alıb. Komanda Cənub-Şərqi Asiyada yeni baza tikmək niyyətindədir, lakin əvvəlcə maşınlar Avropa bazasında yığılacaq.

Komandanın adı bir çox Asiya ölkələrinin bayraqlarında mövcud olan və “komandanın Asiya irsinə hörməti” simvolizə edən Lucky (uğurlu) və Sun (Günəş) abbreviaturları ilə şifrələnib. LKY SUNZ vizyonunun mərkəzində Şimali Amerikadan Asiya və Afrikaya qədər bütün dünyada şəhər icmaları ilə əlaqələr qurmaq, “az təmsil olunan qruplara avtomotor idmanı imkanları gətirmək” dayanır.

Bencamin Dürend: “Biz şadıq ki, investorlar Formula1-i dəyişdirəcək komanda yaratmaq üçün gənclərin mədəniyyətini və motor idmanını bir araya gətirmək vizyonumuzu bölüşür. Formula1-in populyarlığı eksponent olaraq artıb, bu, bütün hazırkı iştirakçıların ləyaqətidir, lakin biz yeni auditoriya cəlb etmək üçün idmana yeni nə isə gətirmək prinsipini rəhbər tuturuq.

Ənənəvi Formula1 dəhlizlərindən kənarda fəaliyyət göstərən və kifayət qədər təmsil olunmayan icmalardan istedadları cəlb etmək üçün xüsusi proqramlar hazırlayan yeganə komanda olaraq biz Formula1-də əvvəllər heç vaxt görülməmiş müxtəlif ideyaları gətirə bilərik. Əlbəttə, biz trasda rəqabətədavamlı olmaq istəyirik, lakin biz də pərəstişkarları trasdan kənarda əyləndirmək istəyirik.

Vizyonumuzu həyata keçirmək üçün biz artıq motor idmanı, musiqi və əyləncə sənayesi ekspertləri və kreativlər dünyasının liderlərindən ibarət təsirli komandanı topladıq ki, vizyonumuzu həyata keçirə bilək”.

FİA mayın 15-dək maraqlanan komandalardan əvvəlcədən müraciətləri qəbul edir və rəsmi müraciətlərin son tarixi isə 30 iyundur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*