Formula1-də yeni güclü ittifaq: Haas və Toyota Gazoo Racing

Haas və Toyota Gazoo Racing uzunmüddətli texniki əməkdaşlıq haqqında razılığa gəliblər və yapon avtomobil nəhənginin yarış bölməsi amerikalı Formula1 komandasının "rəsmi texniki tərəfdaşı" statusunu alıb.

F-1.az xəbər verir ki, yeni çoxillik müqavilə çərçivəsində tərəflər təcrübə, bilik və resursları bölüşəcəklər: Toyota Gazoo Racing mühəndislik həllərinin hazırlanması və istehsalı sahəsində xidmətlər göstərəcək, Haas isə öz ekspert biliklərini təklif edəcək və bu həllərin kommersiya reallaşdırılmasını öz üzərinə götürəcək.

Oktyabrın 18-20-də keçiriləcək ABŞ Qran Prisindən başlayaraq, Niko Hülkenberg və Kevin Magnussenin maşınlarında Toyota Gazoo Racing loqoları görünəcək.

Ayo Komatsu: “Haas və Toyota Gazoo Racing-in səylərini birləşdirərək bu texniki tərəfdaşlığa başlamasından çox məmnunam. Avtomobil sənayesinin dünya lideri bizim təşkilatla əməkdaşlıq edəcək və texniki biliklərini, mühəndislik bacarıqlarını inkişaf etdirmək və dərinləşdirmək niyyəti ilə ona dəstək olacaq – bu cür tərəfdaşlıq hər iki tərəfə aşkar üstünlüklər gətirəcək.

Toyota Gazoo Racing-in resurslarından və biliklərindən istifadə etmək, onların texniki və istehsal proseslərinin tətbiqi ilə bağlı üstünlüklər əldə etmək imkanı bizim inkişafımıza kömək edən ən vacib amil olacaq, çünki məqsədimiz aydındır: Formula1-də rəqabət qabiliyyətimizin daha da artırılmasına nail olmaq istəyirik.

Əlbəttə ki, həm Formula1-in, həm də bu il əməkdaşlığın davam etdirilməsi barədə elan etdiyimiz uzunmüddətli tərəfdaşımız Scuderia Ferrari-nin dünya çempionatında yeni uğurlara nail olmaq məqsədi daşıyan bu yeni texniki tərəfdaşlığı formalaşdırmağımızı dəstəkləməsi məni sevindirir”.

Komatsu sonda Formula1-in icraçı direktoru Stefano Domenikali, Ferrari komandasının rəhbəri Frederik Vasyörə, Toyota-dan isə şirkətin direktorlar şurasının sədri Akio Toyoda, Gazoo Racing-in prezidenti Tomoya Takahaşi və layihə rəhbəri Masaya Kaijyə xüsusi təşəkkürünü bildirib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*