F-1.az xəbər verir ki, görünür, Red Bull-un elanı Audi üçün tam gözlənilməz olub, çünki alman konserninin mətbuat xidmətinə Uitli ilə əməkdaşlığın başlanması haqqında bəyanat yaymaq üçün bir neçə saat lazım olub. Audi-nin məlumatına görə, Conatan öz vəzifələrinin icrasına 2025-ci ilin iyul ayında başlayacaq.
Audi AG-nin icraçı direktoru Gernot Döllner: “Conatan Uitli və Mattia Binottonun təyin edilməsi ilə biz Formula1-ə debütümüzə doğru qətiyyətli bir addım atdıq. Əminəm ki, bu iki mütəxəssis Audi-yə son dərəcə yüksək səviyyədə səriştə gətirəcək. Onların təcrübəsi və bacarıqları Formula1-in sərt rəqabət dünyasında sürətlə möhkəmlənməyimizə kömək edəcək”.
Sauber Motorsport AG-nin baş əməliyyat və texniki direktoru Mattia Binotto: “Mən Conatanı uzun illərdir tanıyıram və onu təcrübəli və işinə sadiq bir peşəkar kimi yüksək qiymətləndirirəm. 2026-cı il mövsümü yaxındadır və mən Conatan ilə birlikdə yeni Audi yarış komandasını yaratmaq və onu uğura aparmaq imkanını səbirsizliklə gözləyirəm”.
Conatan Uitli: “Son 18 il ərzində Red Bull-un bir hissəsi olmağımla fəxr edirəm və komandadan çoxlu xoş xatirələrlə ayrılıram. Bununla belə, Audi komandasının Formula1-ə debütü zamanı onun rəhbəri olmaq imkanı unikaldır və mən bu çağırışa hazıram.
Bundan əlavə, uzun illərdir tanıdığım Mattia ilə işləməkdən məmnunam. O, bu həyəcanverici layihədə işləmək üçün düzgün adamdır”.