Formula1-də təhlükəsiz yarış üçün beş şərt

Artıq bu mövsümün təqviminin ilk 8 yarışlıq hissəsi təsdiq edilib və bu yarışlar "Qapalı Tədbirlər" adı altında baş tutacaq.

F-1.az bildirir ki, bu yarışlarda təhlükəsizliyə zəmanət verməli olan beş şərt açıqlanıb.

1. DAVAMLI TESTLƏR

Hər kəs yarışa getməzdən əvvəl xüsusi laboratoriyada Kovid-19 testindən keçəcək. Yalnız nəticəsi neqativ çıxanlar yarışa buraxılacaqlar. Həftəsonu boyunca, hətta trasa daxil olarkən də testlər davam etdiriləcək. Yerli əməkdaşlar da eyni prosedurlardan keçməli olacaqlar.

2. QAPALI YARIŞLAR

İlk yarışlar azarkeşlər, qonaqlar və komandaların tərəfdaşları üçün bağlı olacaq. Azarkeşlər yalnız vəziyyət düzəldikdən sonra tribunalardakı yerlərini tuta biləcəklər.

3. MİNİMUM İŞÇİ SAYI

Bütün tərəflər –  FİA, FOM və komandalar yarışa gətirdikləri əməkdaşların sayını əhəmiyyətli dərəcədə azaldacaqlar. Məsələn, Qran Prinin yayımlanması üçün texniki dəstək uzaqdan həyata keçiriləcək. Bundan başqa, işçilər yalnız öz iş sahələrində fəaliyyət göstərəcəklər və digər əməkdaşlarla əlaqələri olmayacaq.

4. ÇARTER REYSLƏRİ

Yarışda iştirak etməli olan hər kəs testdən keçdikdən sonra xüsusi təyyarələrlə yola düşəcəklər. Yarış keçirilən ölkədə koronavirus testindən keçməyən insanlarla əlaqədə olmamaq üçün gedəcəkləri yerlər (hava limanı, otel və s.) üçün xüsusi transfer vasitələrindən istifadə edəcəklər.

5. SOSAİL MƏSAFƏ

Bütün tədbirlərdə – himnin oxunması mərasimində, qapalı parkda, media ilə ünsiyyət zamanı, podiumda və s. sosial məsafəyə riayət ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*