Formula1-də növbəti qadın sürücü

GP3 sürücüsü Tatyana Kalderon bu ildən etibarən Sauber komandasının developer sürücüsü olacaq.

F-1.az bildirir ki, kolumbiyalı sürücü simulyatorda işləyəcək və yarışlara komanda ilə birgə gələcək.

Qaydalara görə, mövsümiçi testlərin iki günündə təcrübəsiz sürücülər çıxış etməlidirlər. Kalderon bu şərtlər üçün əlverişli olsa da, C36-nı test edib-etməyəcəyi dəqiq deyil.

Kalderon testlərdə iştirak etsə, 2015-ci il Britaniya QP-nin birinci sərbəst yürüşlərində iştirak edən Syuzi Volffdan sonra F1 bolidi sürən ilk qadın olacaq.

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bu barədə belə danışıb: “Tatyananın Sauber-ə keçidinə görə sevincliyik. Tatyana burada istedadını və savadını təkmilləşdirə bilər”.

Kalderon bu il GP3-də ikinci mövsümünü keçirəcək. Kolumbiyalı bundan əvvəl 3 il Avropa F3 seriyasında çıxış edib və 2015/2016-cı il mövsümündə MRF Challenge seriyasında ikinci olub.

Tatyana Kalderon: “Sauber məndəki potensialı gördü. Mənim çalışqan birisi olduğumu bilirlər. Bu fürsəti əldə etdiyim üçün minnətdaram. Mənə bu qapını açan Monişaya təşəkkür edirəm. Çox işləyib onlardan çox şey öyrənmək istəyirəm.

F1 bolidi sürmək xəyaldır, amma bu fürsət əlimə keçsə, hazır olmalıyam. Bu xəyalı reallaşdırmaq üçün əla başlanğıcdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*