Formula1-də bizi bəzi maraqlı məqamlar gözləyir

Formula1-in icraçı direktoru Stefano Domenikali CNN-ə böyük müsahibə verib.

F-1.az sizin üçün müsahibədən bəzi maraqlı məqamları çatıdırır:

1. Monakoda 1950-cildən davam edən ənənə pozulacaq. İndi cümə axşamı sərbəst yürüşlər olmayacaq. Sürücülər digər traslarda olduğu kimi, cümə günü iki birsaatlıq sessiya keçirəcəklər

2. Afrikada yarışın keçirilməsi barədə bir neçə ölkədən müraciət daxil olub. Hələlik ən real şans əfsanəvi Kyalami trasındadır, amma hər şey ola bilər

3. Parisdə oktyabrın 15-də FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası toplaşacaq və gələn mövsümün təqviminin ilkin versiyası təqdim olunacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*