Formula1-də Azərbaycanın komandası peyda ola bilər!

Bildiyimiz kimi, gələn il ölkəmizin paytaxtı Bakının küçələrində Formula1 çempionatının ilk yarışı keçirilməlidir. Bu gün ölkənin gənclər və idman naziri […]

Bildiyimiz kimi, gələn il ölkəmizin paytaxtı Bakının küçələrində Formula1 çempionatının ilk yarışı keçirilməlidir. Bu gün ölkənin gənclər və idman naziri Azad Rəhimov Associated Press Agentliyinə bildirib ki, hökumət layihədə daha geniş iştirak etməyi planlaşdırır.

“Formula1 Azərbaycanda” (www.F-1.az) saytının beynəlxalq agentliyə istinadən bildirdiyinə görə, ilk növbədə gənc sürücülərə dəstək veriləcək. Cənab Rəhimov gələcəkdə çempionatda milli komandanın peyda olmasını da istisna etməyib…

Azad Rəhimov: “Biz istəyirik ki, yarışlar Azərbaycan bayrağı altında keçirilsin və yarışlarda bizim komanda və ya sponsorlar iştirak etsinlər. Biz bu layihədə potensial görürük. Əlbəttə, bir müddət sonra Formula1 yarışlarında iştirakçı kimi ölkəmizi təmsil etmək bizə maraqlı olardı”.

Nazir Bakıda keçiriləcək Avropa Qran Prisinin gələcəkdə gecə yarışı olmasını da istisna etməyib. Gələn il baş tutacaq ilk yarış barəsində isə yalnız onu əlavə edib ki, ölkəyə 11 mindən çox azarkeşin gəlməsini gözləyirlər.

Formula1-in kommersiya başçısı Berni Ekklstounla yarışın keçirilməsi üçün bağlanmaış müqavilənin dəyərinə gəlincə, cənab Rəhimov bunun kommersiya sirri olduğunu bəyan edib və əlavə edib ki, debüt Qran Prinin təşkilinə 66-86 milyon dolların xərclənməsi nəzərdə tutulub…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*