Formula1-də 50 illik irs başa çatır: Renault mühərrik istehsalından imtina edir

Renault rəsmən təsdiqləyib ki, 2026-cı ildə yeni texniki reqlamentə keçiddən sonra Formula1-də iştirak edən Alpine zavod komandası üçün öz güc qurğusunu layihələndirməyəcək və istehsal etməyəcək.

Beləliklə, 2026-cı ildə Alpine tamamilə zavod komandası statusunu itirəcək və müştəri mühərriklərinə keçəcək. Komandanın hələ yeni təchizatçı ilə razılaşması lazımdır, lakin Enstounda hazırlanan maşınlarda Mercedes güc qurğularının olacağı ehtimalı böyükdür.

F-1.az xəbər verir ki, Formula1 üçün mühərriklərin hazırlandığı və istehsal edildiyi Viri-Şatiyondakı Renault bazası Hypertech Alpine mühəndislik mərkəzinə çevriləcək və 2024-cü ilin sonunda işə başlayacaq. Mərkəz bir neçə layihə üzərində işləyəcək.

Bunlara yeni Alpine yol superkarının hazırlanması, elektrik mühərrikləri və akkumulyator texnologiyaları sahəsində tədqiqat və işləmələr, WEC də daxil olmaqla Renault-nun davam edən avtomobil idmanı proqramları üzərində iş və bu sahədəki texniki inkişafları izləmək üçün “Formula1 monitorinq bölməsinin” yaradılması daxildir.

Alpine-in icraçı direktoru Filipp Krif dəyişiklikləri “Viri-Şatiyon tarixində dönüş nöqtəsi” adlandırıb və əlavə edib ki, “yarış DNT-si brendin əsas daşı olaraq qalır”.

Renault şirkəti 50 il ərzində Formula1 komandaları üçün mühərriklər hazırlayıb və təchiz edib. Renault mühərrikli maşında dünya çempionu titulunu qazanan son sürücü Sebastyan Fettel olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*