Formula1 Cənubi Afrikaya qayıdır: Hökumət şərtləri yerinə yetirməyə hazırdır

Cənubi Afrikada Formula1-in milli mərhələsinin təqvimə geri qaytarılması barədə yenidən danışıqlar aparılır.

F-1.az xəbər verir ki, bu ölkənin idman naziri Qayeton Makkenzi hökumətin Liberty Media-nın mərhələnin keçirilməsi üçün şərtlərini yerinə yetirməyə hazır olduğunu bildirib.

Qayeton Makkenzi: “Sizi əmin edə bilərəm ki, Formula1 mütləq Cənubi Afrikaya qayıdacaq. Formula1-də bizə yarışın keçirilməsini istədiklərini və bunun üçün nələrin lazım olduğunu dedilər. Biz onların istədikləri hər şeyi onlara verəcəyik.

Hazırda Qran Prinin harada keçiriləcəyi məsələsi həll edilir. Yarışın keçirilməsinə Keyptaun və Yohanesburq iddialıdır. Hələlik son qərar qəbul edilməyib”.

Qeyd edək ki, Cənubi Afrika sonuncu dəfə Formula1 yarışına 1993-cü ildə ev sahibliyi edib. O vaxtdan bəri ölkə təqvimə daxil edilməyib. Lakin son illərdə Formula1 rəhbərliyi Cənubi Afrikanı geri qaytarmaq istəyini dəfələrlə dilə gətirib. Görünür, artıq bu istiqamətdə real addımlar atılır və azarkeşlər tezliklə Cənubi Afrika Qran Prisini izləmək imkanı qazanacaqlar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*