Berni Ekklstoun: “Biz Azərbaycana getməyə hazırlaşırıq. Onlar yarışı artıq 2015-ci ildə keçirmək istəyirlər. Bəlkə də bu çox tezdir, amma əgər mövsümün sonuna olarsa, mümkündür. Amma çox güman ki, 2016-cı ildə olacaq.”
Qəzetin bildirdiyinə görə, Azərbaycan Qran Prisi üçün yeni tras tikilməyəcək, yarış Bakı şəhərinin küçələrində təşkil olunacaq.
Deyilənlərə görə, müqavilənin bağlanmasına Flavio Briatore vasitəçilik edib – Bakıda kutyur-biznesini quran keçmiş Renault komandasının başçısı Berninin də diqqətini Avropa və Asiyanın sərhədində olan ölkəmizə yönəldib…