Formula1 Azərbaycana gəlir?!…

Biz artıq dəfələrlə xəbər vermişdik ki, Nürburqrinq trası son illərdə ciddi maliyyə problemləri yaşayır. Hələlik bu problemlər həll olunmayıb, ona görə də mövsümün əvvəlində Almaniya Qran Prisinin keçirilməsi böyük sual altında idi. Yekunda Berni Ekklstoun avtodromun sahiblərinə böyük güzəştlər etdi, indi isə növbəti addımı atmağa hazırdır.

Formula1-in kommersiya başçısı Almaniyanın nüfuzlu Die Welt qəzetinə böyük müsahibəsində bildirib ki, trası almağa hazırdır. Amma bizim diqqətimizi böyük müsahibənin son abzasları cəlb edib….

Berni Ekklstoun: “Çox güman ki, mən Nürburqrinqi alacam, hər halda, mən bu barədə düşünürəm. Mən eşitmişəm ki, avtodromun indiki sahibləri onu satmaq istəyirlər. Əgər mən trası alsam, Almaniya Qran Prisinin vəziyyəti təhlükədən sovuşacaq.

Qarşıdakı bir neçə ayda qərar qəbul etməliyəm. İstənilən halda, gələn il Almaniya Qran Prisi Hokkenhaymda keçəcək. Mən bağlanmış müqavilələri heç vaxt pozmuram.

Bundan başqa biz təqvimə yeni trasların qoşulmasına ümid edirik, xüsusən də, Amerikada iki yeni trası gözləyirik: Lonq Biç və Nyu Yorkda, bir də Taylandda və əgər hər şey planla getsə, Bakıda…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*