F-1.az xatırladır ki, Monakoda keçirilən Strateji İşçi Qrupun iclasında FİA məsulları və komandalar gələn il üçün halo yoxsa AeroScreen istifadə edəcəkləri ilə bağlı müzakirə aparıblar.
FİA 2017-ci ildə sürücülərin başının qorunması sisteminin olmasını istəyir. Mercedes bu işdə ilk addımı atdı və halo konseptini çıxartdı. Ferrari isə bu konsepti ilk dəfə Barselonadakı mövsümöncəsi testlərdə sınaqdan keçirtdi.
Daha sonra isə Red Bull estetik cəhətdən halodan daha gözəl görünən şüşəli AeroScreen sistemini Rusiya QP-nin sərbəst yürüşlərində sınaqdan keçirtdi.
Red Bull-un sistemi daha çox bəyənilsə də, halo kimi çox testdən keçmədiyi üçün 2017-ci ilə qədər çatdırılmasının mümkün olmayacağına qərar verilib. Buna görə də 2017-ci ildə halo sisteminin istifadə edilməsinə qərar verilib. Red Bull-un AeroScreen sistemi isə növbəti illər üçün dəyərləndirilə bilər.
Ferrari halonu qış testlərində sınaqdan keçirdikdən sonra bu konseptin üzərində çoxlu işlədiyi üzə çıxıb.
Yeni haloda testdəkinin əksinə, daha incə xətlər üzə çıxır. Yeni halonun qəza testinin Bakı yarışından sonra keçirilməsi planlaşdırılır. FİA bi tetlərdə yeni sistemin 2017-ci il üçün hazır olub-olmadığını yoxlayacaq…