F-1.az xəbər verir ki, saundtrek Lost Track Productions-dan britaniyalı Tom Pleyer və Machine prodüser şirkətindən Aleks Binqhəm tərəfindən hazırlanıb. NİO333 və Mahindra Racing komandalarının keçirdikləri testlər zamanı yeni maşınların səsi qeyd edilib və daha sonra Tom Pleyer tərəfindən hazırlanmış əsərə əlavə olunub.
Dünya Çempionatının mətbuat xidməti bu mövzuya ayrıca reliz yayıb və bildirib ki, musiqi tərtibatı 55 musiqiçidən ibarət simfonik orkestrin dəvət olunduğu əfsanəvi Abbey Road studiyasında lentə alınıb.
Yeni uvertüra ilk dəfə olaraq bu gün Hindistandan yayım zamanı televiziyada səslənib – Heydərabadda növbəti Formula E mərhələsi başlayıb.