F-1.az xatırladır ki, daha əvvəl Çin mərhələsi təxirə salınmışdı, bundan başqa İndoneziya və Cənubi Koreya yarışları da ciddi sual altndadırlar.
“Koronavirusun yayılması ilə əlaqədar İtaliyadakı fövqəladə vəziyyət səbəbiylə Səhiyyə Nazirliyinin COVİD-19-un yayılmasına qarşı mübarizə və ictimai tədbirləri məhdudlaşdırmaq barədə qərarına əsasən,aprelin 4-də Roma yarışı keçirmək imkanımız yoxdur.
Formula E FİA, Roma hökuməti, İtaliyanını ACİ avtoklubu və çempionatın tərəfdaşları ilə birlikdə məhdudiyyətlər qaldırıldıqdan sonra yarış üçün alternativ tarixləri nəzərdən keçirəcək”, – təşkilatçıların yaydığı relizdə deyilib.