Formula E: Nyu York və London yarışları ləğv olunub

Bu gün formal olaraq builki Formula E təqvimində qalan son iki yarışın - New York və London yarışlarının rəsmən ləğv edilməsi qərara alınıb.

F-1.az xarici mediaya istinadən bildirir ki, mayın 1-dən etibarən onlayn bilet sahiblərinə bu mərhələlərin baş tutmayacağı ilə bağlı mesajlar göndərilib.

Nyu York yarışı iyulun 11-nə təyin edilmişdi, lakin onun keçirilməsi də mümkün deyil, çünki Red Hook liman ərazisi hazırda şəhər rəhbərliyi tərəfindən koronavirusla mübarizə əməliyyatlarına cəlb olunub.

İki həftə sonra Londonun ExCel Arena sərgi mərkəzi ətrafında keçirilməsi planlaşdırılan çempionatın son iki yarışı da oxşar səbəbü zündən ləğv olunub – hazırda ExCel Arena kompleksi Milli Səhiyyə Xidmətinin tibb mərkəzlərindən biri olaraq yenidən qurulmuş və yaxın aylarda bu funksiyanı yerinə yetirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*