Formula E-nin dördüncü mövsümünün ilkin təqvimi açılanıb

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Formula E-nin 2017-2018-ci illər üzrə təqviminin ilkin versiyasını açıqlayıb.

F-1.az xəbər verir ki, təqvimə bir neçə yeni mərhələ əlavə edilib – çempionatın iştirakçıları fevralda Çilinin paytaxtı Santyaqoya, martda San Pauluya və aprelin ortalarında Romaya gedəcəklər.

Təqvimə 14 yarış daxildir. Çempionat dekabrın əvvəlində Honq Konqda start götürəcək. Almaniyadakı yarışın mayın 19-da keçirilməsi planlaşdırılır, lakin harada keçiriləcəyi daha sonra elan ediləcək. Təqvimdə iyunun 9-da bir yarış üçün yer saxlanılıb, lakin hansı yarışın olacağını daha sonra elan ediləcək təqvimdə biləcəyik.

Tarix Yarış Ölkə
2 dekabr Honq Konq Çin
3 dekabr Honq Konq Çin
13 yanvar Marrakeş Mərakeş
3 fevral Santyaqo Çili
3 mart Mexiko Meksika
17 mart San Paulu (*) Braziliya
14 aprel Roma İtaliya
28 aprel Paris Fransa
19 may Daha sonra elan ediləcək (*) Almaniya
9 iyun Daha sonra elan ediləcək (*)
7 iyul Nyu York (*) ABŞ
8 iyul Nyu York (*) ABŞ
28 iyul Monreal Kanada
29 iyul Monreal Kanada

* – hələ təsdiq olunmayıb

Alexandro Aqaq: “Formula E-ni yeni şəhərlərin qarşılayacağına şadam. Biz təqvimi genişləndirməyə davam edirik və əsas bazarları tuturuq. Bizim prioritetimiz şəhərlərlə uzunmüddətli müqavilələr bağlamaqdır. Dördüncü mövsümün təqviminin elan olunması da düzgün istiqamətdə atılmış addımdır”.

Təqvimdən əlavə, idman reqlamentində dəyişikliklər edilib. Beşinci mövsümdən etibarən tətbiq ediləcək əsas yeniliklərdən biri yarışın iki yox, bir maşınla tamamlanmasıdır. Dəyişikliklərə aşağıdakılar daxildir:

  • bir mərhələdə iki yarış keçirilərsə, onda bəzi sessiyaların təxirə salınması
  • Komandalar üçün çəkiliş günlərinin sayı 3-dən 6-ya qaldırılır. Lakin bu çəkilişlərin yalnız 3-ü yarış trasında təşkil oluna bilər
  • Mövsümün gedişində bir test günü olacaq. Əlavə bir test günü isə yeni sürücülər üçün nəzərdə tutulub
  • Yarış zamanı güc qurğusunun qüvvəsi 170 kVt-dan 180 kVt-a qədər qaldırılılacaq
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*