F-1.az xəbər verir ki, yeni nəsil maşınların debüt edəcəyi mövsümdə 12 müxtəlif trasda 13 yarış baş tutacaq. Çempionata dekabrın ortalarında Səudiyyə Ərəbistanında start veriləcək. İyulun 13-də və 14-də Nyu Yorkda baş tutacaq ardıcıl iki yarışla mövsüm başa çatacaq.
Mövsümün üçüncü yarışının keçiriləcəyi ölkə və şəhər hələ məlum deyil. Çində baş tutacaq arıdıcıl iki yarışdan ilki Honqkonqda keçiriləcək. İkinci yarışa hansı şəhərin ev sahibliyi edəcəyi hələ məlum deyil.
Formula E çempionatının 2018/2019-cu illər mövsümü üçün təqvimi:
Tarix | Ölkə | Şəhər |
15 dekabr 2018-ci il | S.Ərəbistanı | Riyad* |
12 yanvar 2019-cu il | Mərakeş | Mərakeş |
26 yanvar 2019-cu il | məlum deyil | məlum deyil |
16 fevral 2019-cu il | Meksika | Mexiko |
10 mart 2019-cu il | Çin | Honqkonq |
23 mart 2019-cu il | Çin | məlum deyil |
13 aprel 2019-cu il | İtaliya | Roma |
27 aprel 2019-cu il | Fransa | Paris |
11 may 2019-cu il | Monako | Monako* |
25 may 2019-cu il | Almaniya | Berlin |
9 iyun 2019-cu il | İsveçrə | Sürix ** |
13 iyul 2018-ci il | ABŞ | Nyu York |
14 iyul 2018-ci il | ABŞ | Nyu York |
* – tras FİA tərəfindən təftiş olunmalıdır
** – mərhələ milli federasiya tərəfindən təsdiq olunmalıdır