F-1.az bildirir ki, təqvimdə dərhal nəzərə çarpan xoş məqam 63 ildən sonra İsveçrəyə avtoidmanın qayıtmasıdır. 1955-ci ildə Le Man marafonunda baş verən faciədən sonra ölkədə avtoidman yarışlarının keçirilməsi qadağan olunmuşdu və yalnız 2015-ci ildə ölkənin federal şurası elektrik mühərrikli maşınların yarışına istisna maddəsini qəbul etmişdi.
Jan Todt: “Mən çox şadam ki, gələn il İsveçrəyə yarışlar qayıdacaq – Sürixdə Formula E mərhələsi keçiriləcək. 1955-ci ildən yarışların keçirilməsi qadağan olunan bir ölkədə yarış keçirmək FİA üçün vacib uğurdur. Bu hadisənin reallaşmasına aiddiyyatı olan hər bir kəsi təbrik etmək istəyirəm”.
Formula E çempionatının 2017/2018-ci illər mövsümü üçün təqvimi:
Tarix | Ölkə | Şəhər |
02 dekabr 2017-ci il | Çin | Honkonq |
03 dekabr 2017-ci il | Çin | Honkonq |
13 yanvar 2018-ci il | Mərakeş | Mərakeş |
03 fevral 2018-ci il | Çili | Santyaqo |
03 mart 2018-ci il | Meksika | Mexiko |
17 mart 2018-ci il | Braziliya | San Paulu * |
14 aprel 2018-ci il | İtaliya | Roma * |
28 aprel 2018-ci il | Fransa | Paris |
19 may 2018-ci il | Almaniya | Berlin |
10 iyun 2018-ci il | İsveçrə | Sürix ** |
14 iyul 2018-ci il | ABŞ | Nyu York |
15 iyul 2018-ci il | ABŞ | Nyu York |
28 iyul 2018-ci il | Kanada | Monreal |
29 iyul 2018-ci il | Kanada | Monreal |
* – tras FİA tərəfindən təftiş olunmalıdır
** – mərhələ milli federasiya tərəfindən təsdiq olunmalıdır