F-1.az xatırladır ki, bəzi şayiələrə əsasən, Markionne Maserati brendini Formula E-də sınamaq istəyir. Lakin italiyalı prezident bu xəbərləri təkzib edib: “Formula E-yə marağımız çox azdır. Hibrid mühərrikləri düşünsək, ən yüksək zirvə Formula1-dir. Formula E-yə ehtiyacımız yoxdur. Bunu Formula1-də də edə bilərik. Hazırda çox yeni seriyadır. Yarış vaxtı maşın dəyişdirmək isə çox qəribədir”.
Formula E Markionneyə qəribə gəlir
Fiat Chrysler alyansının rəhbəri Sercio Markionne bildirib ki, Formula E-də yarışmaq fikirləri yoxdur.