Ford və Red Bull-un əməkdaşlığı barədə xəbər mətbuata sızıb

BBC-nin məlumatına görə, İtaliyanın ANSA agentliyi səhvən Ford və Red Bull arasında əməkdaşlığı elan edən rəsmi press-reliz dərc edib.

F-1.az xəbər verir ki, yalnız fevralın 3-də Moskva vaxtı ilə saat 17:00-da elan edilməsi nəzərdə tutulan bu xəbərdə rəsmi açıqlamadan əlavə, Ford brendinin icraçı prezidenti Bill Ford, Formula1 baş direktoru Stefano Domenikali və FİA preizdenti Muhamməd bin Sulayemdən də sitatlar yer alıb: “Bu, mənim ulu babam şirkəti qurduğu zaman başlayan Ford -un avtoidman bölməsinin tarixində maraqlı yeni fəslin başlanğıcıdır. Ford idmanın zirvəsinə qayıdır, innovasiya, davamlılıq və elektrikləşdirmə kimi uzun ənənələrini dünyanın ən görünən məkanlarından birinə gətirir.

Əvvəlcə Red Bull tərəfindən göndərilən buraxılışın Avstriya komandasının yeni avtomobilinin təqdimatı zamanı dərc ediləcəyi planlaşdırılırdı, lakin agentlik səhvə yol verib və qoyulan embarqonu pozub…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*