F-1.az xəbər verir ki, mavi oval motor təchizatçısı kimi Cosworth brendi ilə sonuncu dəfə 2013-cü ildə Marusia komandası ilə əməkdaşlıq edib. Yəni çempionatın hibrid motorlara keçidi ilə amerikalılar idmanı tərk ediblər.
Şirkət F1-ə qayıdışını qeyd etmək üçün keçmiş yarış irsini və gələcək dəyişiklikləri vurğulayan gözəl bir video hazırlayıb. Videonun adı – “Bizim zamanımız” Ford-un Formula 1-dəki ambisiyaları haqqında çox şey deyir.