F-1.az-in xəbərinə görə, şayiə var ki, artıq bu cümə günü Nyu Yorkda Red Bull-un təqdimat mərasimində komanda ilə Amerika avtomobil nəhəngi arasında əməkdaşlıq elan ediləcək.
Ford bu cür fərziyyələri şərh etməməyə çalışır, lakin Kölndə dərc olunan Express qəzeti şirkətin idman bölməsinin rəhbəri Mark Raşbrukdan sitat dərc edib və buradan belə nəticə çıxarmaq olar ki, Ford şirkəti Formula1-i izləyir və çempionatdakı vəziyyətdən xəbərdardır: “Formula1 həm ABŞ-də, həm də bütün dünyada çox güclüdür və inkişaf etməkdə davam edir.
Möhtəşəm tədbirlər təşkil edir, maraqlı yarışlar keçirirlər. Drive to Survive kimi layihələr sayəsində Formula1 yeni auditoriya qazana bilib…”
Bununla belə, Ford-un Formula1-də mümkün iştirakı ilə bağlı suala Raşbruk belə cavab verib: “Biz bu cür ehtimalları və hər hansı digər yarış seriyası ilə bağlı şayiələri şərh etmirik. Bizim vəzifəmiz bu və ya digər çempionatı öyrənib başa düşmək və ondan sonra orada iştirak etməyin mənası olub-olmadığını müəyyən etməkdir”.